Mask seçkilərdən sonra 60 milyard dollardan çox itirib
İlon Mask ABŞ Konqresinə keçirilən seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra 60 milyard dollardan çox maliyyə itkisi ilə üzləşib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” nəşri bu barədə məlumat yayıb.
Seçkilərin nəticələri fonunda erkən ticarət zamanı “Tesla” şirkətinin səhmləri 5,7 faiz, “SpaceX” şirkətinin səhmləri isə 7,6 faiz ucuzlaşıb.
Bundan başqa, Konqresə nəzarətin demokratlara keçməsi dövlət nəzarətinin güclənməsinə səbəb ola və Maskın iki şirkətini birləşdirmək planlarını çətinləşdirə bilər.
19:55 04.11.2026
Oxunuş sayı: 60