Zelenski Patriot raketlərinin çatdırılmasını sürətləndirmək üçün Almaniya ilə danışıqlar aparıb
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşüb və "Patriot" sistemləri üçün raket qıtlığı fonunda Almaniyanın "PAC-2" raketlərinin tədarükünü sürətləndirməyi xahiş edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisi bu barədə məlumat yayıb.
"Bu, ukraynalılara qışı keçirməyə böyük kömək edərdi", — deyə dövlət başçısı vurğulayıb.
Tərəflər, həmçinin "IRIS-T" sistemlərinin və "F-16" qırıcıları üçün döyüş sursatlarının çatdırılması məsələlərini müzakirə ediblər.
20:21 04.11.2026
Oxunuş sayı: 58