AfD təmsilçisi Almaniyanın Ukraynaya yeni yardım paketini kəskin tənqid edib
Bundestaqdakı "AfD" fraksiyasının sədr müavini Markus Fronmaier Almaniya kansleri Fridrix Merzin qarşıdan gələn qış mövsümü öncəsi Kiyevə əlavə 200 milyon avro yardım ayırmaq qərarını sərt şəkildə tənqid edib.
Crossmedia.az xəbər verir ki, "dpa" agentliyi bu barədə məlumat yayıb.
"Fridrix Merz həqiqətən də tamamilə dəli olub?" — deyə siyasətçi "X" sosial şəbəkəsindəki hesabında yazıb. O əlavə edib ki, Merz vergi ödəyicilərinin pullarını xarici ölkələrə payladığı bir vaxtda Almaniya vətəndaşları artıq kommunal hesabları necə ödəyəcəklərini bilmirlər.
Məlumata görə, Almaniyanın Ukrayna üçün nəzərdə tutduğu 200 milyon avroluq yeni qış yardım paketinin 100 milyon avrosu Xarici İşlər Nazirliyi, qalan 100 milyon avrosu isə İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən təmin olunacaq. Sözügedən dəstək paketi soyuq aylarda Ukraynanın istilik və enerji təchizatının bərpasını əhatə edir.
20:28 04.11.2026
Oxunuş sayı: 61