Zaxarova Kallası Parisdəki etirazlarla bağlı danışmağa çağırdı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallası Parisdəki etirazlarla bağlı mövqe bildirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Mariya Zaxarova bu barədə “Telegram” kanalında paylaşım edib.
Zaxarova Parisdə etirazların sərt şəkildə yatırılmasına münasibət bildirməyən avropalı siyasətçi və diplomatları tənqid edib. O, Kallas və digər Avropa rəsmilərindən məsələ ilə bağlı açıqlama vermələrini istəyib.
Qeyd edək ki, daha əvvəl Parisdə etiraz edən məktəblilər Volter bulvarı ərazisində ofislərə və mağazaların vitrinlərinə zərər vurublar. Onlar polis əməkdaşlarına zibil qutuları, fişənglər və daşlar atıblar. Daha sonra məşğulluq agentliyinin ofisinə daxil olaraq orada dağıntılar törədiblər. Polis isə cavab olaraq səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib.
23:40 06.10.2026
Oxunuş sayı: 57