İsveçdən Polşaya hərbi dəstək: “Patriot” sistemi göndərilir
İsveç dekabrın 1-dən Polşanın şərqində NATO-nun logistika mərkəzinin müdafiəsi üçün “Patriot” hava hücumundan müdafiə sistemi və təxminən 100 hərbçi yerləşdirəcək.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə İsveçin Baş naziri Ulf Kristerssonun açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, İsveç hərbi kontingentinin əsas vəzifəsi Ukraynaya Qərb ölkələrindən göndərilən yardımların daşındığı Polşa hava limanındakı NATO logistika mərkəzini qorumaq olacaq.
Qeyd edək ki, İsveç daha əvvəl Rusiya ilə sərhədin patrul edilməsi məqsədilə Finlandiyaya “Gripen” qırıcıları və hərbi gəmilər göndərəcəyini açıqlayıb. Bundan əlavə, Stokholm payızda zərurət yaranacağı təqdirdə pilotsuz uçuş aparatlarına qarşı mübarizə bölmələrini də bölgəyə göndərə bilər.
23:09 06.10.2026
Oxunuş sayı: 52