Rusiyanın yeni peyk sistemi Ukraynada vəziyyəti dəyişə bilər
Rusiyanın “Rassvet” peyk rabitə sisteminin istifadəyə verilməsi Ukraynada hədəflərin müəyyənləşdirilməsini asanlaşdıra bilər
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
“Google” şirkətinin keçmiş rəhbəri və texniki məsləhətçi Erik Şmidt Rusiyanın “Starlink”ə bənzər “Rassvet” peyk rabitə sisteminin istifadəyə verilməsinin Rusiya Silahlı Qüvvələrinə Ukrayna qarşısında mühüm üstünlük verə biləcəyini bildirib.
Onun sözlərinə görə, Rusiyanın ballistik raketlərinə qarşı effektiv mübarizə aparmaq üçün hazırda etibarlı üsul mövcud deyil.
Şmidt qeyd edib ki, yaxın vaxtlarda “Starlink”ə bənzər yeni peyk şəbəkəsinin istifadəyə verilməsi gözlənilir. Onun iddiasına görə, sistem işə salındıqdan sonra onun fəaliyyətini bloklamaq mümkün olmayacaq və Rusiya Ukrayna ərazisində müxtəlif hədəfləri müəyyənləşdirmək imkanını genişləndirə bilər.
22:32 06.10.2026
Oxunuş sayı: 53