Avropa İttifaqı Rusiya qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri oktyabrın 7-də Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmağa çalışacaqlar.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Aİ diplomatlarının Rusiyaya qarşı sanksiya rejimi çərçivəsində təxminən 1 650 yeni tədbiri təsdiqləməsi gözlənilir. Bildirilir ki, bu paket 2022-ci ildən bəri ən genişmiqyaslı sanksiya paketi olacaq.
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-də Qərbin qanunsuz məhdudiyyətlər tətbiq etdiyini və milli maraqlarını müdafiə edən ölkələri ikinci dərəcəli sanksiyalarla hədələdiyini bildirib.
Putin həmçinin Rusiyaya qarşı 30 mindən çox sanksiyanın tətbiq edildiyini qeyd edib. Onun sözlərinə görə, bu göstərici dünyanın bütün digər ölkələrinə birlikdə tətbiq edilən məhdudiyyətlərin sayından təxminən iki dəfə çoxdur.
22:02 06.10.2026
Oxunuş sayı: 62