Qara dənizdə gəmidə güclü yanğın baş verib
Soçi sahillərindən Qara dənizdə gəmidə güclü yanğın görünüb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” “Ostorozhno, novosti” Telegram kanalına istinadən bu barədə məlumat yayıb.
Sakinlərin sözlərinə görə, yanğın Qara dənizin Soçi sahillərindəki akvatoriyada baş verib və alov sahilin müxtəlif nöqtələrindən görünüb.
“Voyennı informator” Telegram kanalının məlumatına görə, yanğın tankerdə baş verib. Hadisənin səbəbləri və gəmidə olan şəxslərin vəziyyəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
Hazırda yanğının miqyası və hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
19:56 06.10.2026
Oxunuş sayı: 50