Almaniyanın keçmiş kəşfiyyat rəhbəri casusluq şübhəsi ilə saxlanılıb
Almaniyanın keçmiş kəşfiyyat rəhbəri casusluq şübhəsi ilə saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Almaniya Federal Prokurorluğu bu barədə məlumat yayıb.
Prokurorluğun məlumatına görə, Avqust Hanning dövlətə xəyanətə cəhd və xarici dövlətin maraqları naminə gizli kəşfiyyat fəaliyyəti göstərməkdə şübhəli bilinir.
“Bild”in yazdığına görə, Hanning BND-nin rəhbər heyətində çalışmış və yaxın vaxtlarda təqaüdə çıxmış əməkdaşdan məxfi məlumatlar alıb və onları daha sonra yenidən satmaq niyyətində olub.
Hanning uzun illər ərzində təhlükəsizlik və biznes sahələrində məsləhətçi kimi fəaliyyət göstərib. Bir sıra Almaniya mediasının məlumatına görə, hazırkı iş onun Rusiya ilə əlaqələri ilə bağlı deyil.
Avqust Hanning 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinə (BND) rəhbərlik edib. Daha sonra Almaniya Daxili İşlər Nazirliyində dövlət katibi vəzifəsində çalışıb.
19:31 06.10.2026
Oxunuş sayı: 50