ABŞ-dan İranla bağlı açıqlama: 13 gəmi məhv edildi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son 12 həftə ərzində İran limanlarına daxil olmağa və ya limanlardan çıxmağa çalışan gəmilərə qarşı tətbiq edilən blokada çərçivəsində 13 kommersiya gəmisinin məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri iyulun 14-də baş komandanın göstərişi ilə İran limanlarına giriş-çıxış etməyə çalışan gəmilərə qarşı blokadanı yenidən tətbiq edib.
Bildirilib ki, bu müddət ərzində 130 gəminin istiqaməti dəyişdirilib, tələblərə tabe olmayan daha 3 gəmi isə fəaliyyət qabiliyyətini itirib.
ABŞ Mərkəzi Komandanlığı qeyd edib ki, məhv edilən 13 kommersiya gəmisi ya blokadanı pozub, ya da İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) milyardlarla dollar dəyərində olduğu bildirilən gizli şəbəkəsinin bir hissəsi olub.
17:36 06.10.2026
Oxunuş sayı: 51