Tramp seçkilərlə bağlı danışdı: Sürpriz olacaq
ABŞ Prezidenti Donald Tramp mitinqlərinə böyük maraq olduğunu və bunun qarşıdakı Konqres seçkilərində nəticələrə təsir göstərəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə sosial media hesabında paylaşım edib.
Tramp mitinqlərində iştirakın və ictimai dəstəyin “inanılmaz” olduğunu iddia edib. O, müxtəlif seçki yarışlarında nəticələrin dəyişdiyini bildirib.
ABŞ Prezidenti bəzi media qurumlarını onun mitinqləri barədə obyektiv məlumat verməməkdə ittiham edib. Tramp mitinqləri tam işıqlandıran televiziya şəbəkələrinin yüksək reytinqlər əldə etdiyini də qeyd edib.
Tramp qarşıdakı aralıq seçkilərində “sürpriz” olacağını bildirib.
16:50 06.10.2026
Oxunuş sayı: 51