İranda radikal qruplara qarşı əməliyyat keçirilib
İranın cənub-şərqində radikal qruplaşmalara qarşı keçirilən əməliyyatlar zamanı 8 nəfər öldürülüb, daha 2 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, İranın Kəşfiyyat Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, əməliyyatlar ölkənin cənub-şərq bölgələrində ekstremist qruplaşmalara qarşı həyata keçirilib. Bəlucistan əyalətində baş verən qarşıdurmalar zamanı 8 silahlı şəxs öldürülüb, daha 2 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
İran Kəşfiyyat Nazirliyi keçirilən əməliyyatların görüntülərini də yayıb.
Ölkənin Pakistanla sərhəd bölgəsində radikal separatçı və cihadçı qrupların fəaliyyət göstərdiyi bildirilir. Onların arasında “Ceyş əl-Ədl” və onun sələfi olan, radikal islamçı mövqeləri ilə tanınan qruplaşmaların olduğu qeyd edilir.
İran hakimiyyətinin məlumatına görə, bu qruplar ölkənin təhlükəsizlik qüvvələrinə məxsus obyektlərə mütəmadi hücumlar həyata keçirirlər.
14:00 06.10.2026
Oxunuş sayı: 36