Trampın media qadağası yenidən məhkəmədə: Ədliyyə Nazirliyi qərarın bərpasını istəyir
ABŞ Ədliyyə Nazirliyi CNN, MS NOW və “Politico” jurnalistlərinin Ağ Evə girişinə qoyulan qadağanın yenidən qüvvəyə minməsinə icazə verilməsi üçün məhkəməyə müraciət edib.
Crossmedia.az xəbər verir ki, CNN-in məlumatına görə, nazirlik bu tələbi Ağ Evə giriş qadağası ilə bağlı məhkəmə prosesi çərçivəsində irəli sürüb.
Ədliyyə Nazirliyi iddia edir ki, sözügedən media qurumlarının milli təhlükəsizlik məsələləri ilə bağlı bəzi materialları təhlükə yarada bilər və prezidentin Ağ Evə giriş imkanlarını məhdudlaşdırmaq səlahiyyəti var. Nazirlik həmçinin Ağ Evə girişin hüquq deyil, imtiyaz olduğunu müdafiə edir.
CNN, MS NOW və “Politico” isə qadağanın ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə qorunan mətbuat azadlığına zidd olduğunu bildirir və giriş məhdudiyyətlərinin davam etdirilməsinə qarşı çıxırlar.
Daha əvvəl ABŞ-ın federal hakimi Timoti Kelli üç media qurumunun Ağ Evə girişinin müvəqqəti bərpa edilməsinə qərar verib. 14 günlük qərarın qüvvədə olduğu müddətdə tərəflər daha uzunmüddətli ilkin məhkəmə qərarı ilə bağlı mövqelərini təqdim etməlidirlər. Növbəti məhkəmə iclasında qadağanın davam etdirilib-etdirilməyəcəyi məsələsinə baxılması gözlənilir.
13:12 03.10.2026
Oxunuş sayı: 45