Rusiya Kiyevdə Şimal körpüsünü dronla vurdu
Rusiya qüvvələri oktyabrın 3-də səhər saatlarında Kiyevdə Dnepr çayı üzərində yerləşən Şimal körpüsünə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko hücum nəticəsində körpünün yol örtüyünün və trolleybus elektrik xətlərinin zədələndiyini bildirib. Zərbədən sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. Reuters
Ukrayna mediasının məlumatına görə, hücumda reaktiv mühərrikli pilotsuz uçuş aparatından istifadə olunub. Hadisədən əvvəl şəhərdə hava həyəcanı elan edilib. Kyiv Post
İlkin məlumatlara əsasən, körpüyə endirilən zərbə nəticəsində ölən və yaralanan olmayıb. Hadisə yerində fövqəladə xidmətlər və təmir briqadaları işləyir. Reuters
Qeyd edək ki, son günlər Rusiya qüvvələri Kiyevdə Dnepr üzərindəki bir neçə əsas körpünü hədəfə alıb. Bundan əvvəl Cənub körpəsinə də dron zərbələri endirilmişdi.
12:52 03.10.2026
Oxunuş sayı: 44