Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna hərtərəfli razılaşmalar əldə etməyə meyilli deyil və fraqmentar razılaşmalar sülh nizamlanmasını yaxınlaşdıra bilməz.
Crossmedia.az xəbər verir ki, Peskovun digər açıqlamalarına görə:
- Qara dənizdə vəziyyətin xüsusi xarakter daşıdığını və Rusiyanın Ukraynanın zərbələrinə cavab verdiyini bildirib.
- Kremlin Ukraynaya dəniz yolu ilə hərbi texnika, sursat və yanacaq tədarükünün tamamilə dayandırılmasını vacib hesab etdiyini deyib.
- Kremlin Putinə təqdim olunan məruzələrin hazırlanmasında neyroşəbəkələrdən istifadə etmədiyini, lakin Rusiya Prezident Administrasiyasının məlumatların emalı üçün süni intellektdən istifadə etdiyini bildirib.
- Rusiyanın Türkiyə və BMT-nin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı yeni təşəbbüsü barədə hələ konkret detallara malik olmadığını qeyd edib.
14:24 02.10.2026
Oxunuş sayı: 41