Mika Baur Almaniya millisinin tarixində meydana çıxan 1000-ci futbolçu olub
Şotlandiyanın "Seltik" klubunun futbolçusu Mika Baur Almaniya millisinin tarixinə düşüb.
Crossmedia.az "Opta"ya istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yığmanın heyətində meydana çıxan 1000-ci oyunçu olub.
Onun debütü Serbiyaya qarşı UEFA Millətlər Liqasının matçına təsadüf edib.
Xatırladaq ki, Almaniya millisi rəqibini iki cavabsız qolla üstələyib.
11:23 02.10.2026
Oxunuş sayı: 56