Dost toyu evdə davaya səbəb oldu - Kişi yoldaşını...
Tərtər rayonunda kişi onunla toya getməyən arvadını döyüb.
Crossmedia.az-ın məlumatına görə, hadisə rayonun Hacıqərvənd kəndində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü İlkin Cabbarlı 2012-ci ildə ailə qurub və birgə nikahdan üç övladı dünyaya gəlib. Bir müddət əvvəl o, dostunun toy məclisinə ailəvi dəvət olunub. İlkin həyat yoldaşına toy məclisinə birgə getməyi təklif etsə də, qadın bundan imtina edib. O, toy məclisinə tək gedib və toy sahibi olan dostu ona toyuna tək gəldiyi üçün irad tutub. İlkin toydan evə gələrək, həyat yoldaşı ilə buna görə mübahisə edib. Mübahisə nəticəsində İlkin həyat yoldaşını yumruq və təpik zərbələri ilə döyüb, ona müxtəlif bədən xəsarətləri yetirib.
Hadisədən sonra qadın atasının evinə gedib və polisə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Cabbarlı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə ər-arvad arasında barışıq elan olunub və cinayət işinə xitam verilib. (Oxu.az)
11:19 02.10.2026
Oxunuş sayı: 48