"Fiorentina"nın futbolçusu Dodo Avropanın aparıcı klublarının diqqət mərkəzindədir
İtaliyanın "Fiorentina" komandasının futbolçusu Dodo Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.
Crossmedia.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Milan", "Yuventus" və İspaniya təmsilçisi "Barselona" 27 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.
Braziliyalı oyunçunun Florensiya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında bitir.
Tərəflər yeni sözləşmə barədə razılığa gələ bilməyiblər.
11:05 02.10.2026
Oxunuş sayı: 44