Maykl Cordanın formasına milyonlarla dollar ödəndi
ABŞ-nin "Çikaqo Bulls" komandasının heyətində 6 dəfə NBA çempionu olan əfsanəvi basketbolçu Maykl Cordana məxsus və oyun zamanı geyinilmiş forma hərracda 12,26 milyon dollara satılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Joopiter" hərrac evi məlumat yayıb.
63 yaşlı keçmiş idmançı həmin ağ rəngli "Çikaqo Bulls" formasını 1998-ci ildə "Yuta"ya qarşı NBA final seriyasında geyinib. O, həmin qarşılaşmada 24 xal toplayıb.
Komanda sonda seriyanı qazanaraq klub tarixində 6-cı çempionluq titulunu əldə etmişdi.
15:10 01.10.2026
Oxunuş sayı: 54