Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
Azərbaycan Basketbol Liqasının (ABL) I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb.
Bu barədə Crossmedia.az Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
I turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan "Naxçıvan" – "Neftçi" qarşılaşması baş tutmayacaq.
Buna səbəb "Neftçi"nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda "Mikonos"la qarşılaşmasıdır.
Bundan başqa, II turun "Gəncə" – "Sabah " oyunu da təxirə salınıb.
Qarşılaşmaların yeni keçirilmə tarixləri barədə əlavə məlumat veriləcək.
14:48 01.10.2026
Oxunuş sayı: 47