Qəzzada atəşkəs pozuldu
Qəzza zolağında atəşkəsin davam etməsinə baxmayaraq, İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 8 nəfər həyatını itirib, 26 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, 2025-ci il oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumlarında 1 439 nəfər ölüb, 5 052 nəfər yaralanıb. Dağıntılar altından isə 834 nəfərin cəsədi çıxarılıb.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında atəşkəsə baxmayaraq bölgədə hücumların davam etdiyi bildirilib.
14:39 01.10.2026
Oxunuş sayı: 43