Rubio İran nümayəndə heyətini ABŞ-dən qovub
ABŞ dövlət katibi Marko Rubionun Vaşinqton və Tehran arasında danışıqların dalana dirənməsindən sonra İranın xarici işlər naziri Abbas Əraqçinin də daxil olduğu nümayəndə heyətindən ölkəni dərhal tərk etməsini tələb etdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, Axios bu barədə ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Ev sentyabrın 28-də, bazar ertəsi səhər saatlarında İranla aparılan danışıqlarda gün ərzində irəliləyiş əldə olunacağını gözləyib. Lakin günortadan sonra danışıqların nəticəsiz qaldığı qənaətinə gəlinib.
Bundan sonra Rubionun göstərişi ilə həmin gün axşam BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olan Əraqçi və onu müşayiət edən nümayəndə heyətindən şəhəri dərhal tərk etmələri istənilib.
Bildirilir ki, İran nümayəndə heyəti bir neçə saat sonra hava limanına gedərək Qətərin paytaxtı Dohaya uçan təyyarəyə minib.
11:47 01.10.2026
Oxunuş sayı: 50