Əraqçi Britaniyada terror şübhəlilərinin azad edilməsini sorğulayıb
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hərbçilərinin istifadə etdiyi RAF Fairford bazası yaxınlığında baş verən hadisə ilə bağlı saxlanılan şəxslərin zaminə buraxılmasını sual altına alıb.
Crossmedia.az xəbər verir ki, Əraqçi sosial şəbəkə hesabında Britaniyanın Baş naziri Endi Börnhemın hadisədə İranın əli olduğuna dair “güclü əlamətlərin” mövcudluğu barədə açıqlamasına münasibət bildirib.
İranın iddiaları rədd etdiyini bildirən Əraqçi, xarici dövlətlər adından fəaliyyət göstərməkdə şübhəli bilinən şəxslərin azadlığa buraxılmasını tənqid edib. O, Britaniya tərəfinin araşdırmada “yanlış istiqamətdə axtarış apardığını” iddia edib.
Hadisə sentyabrın 27-də ABŞ hərbçilərinin istifadə etdiyi Fairford aviabazasının yaxınlığındakı Uelford kəndində baş verib. Ərazidə üç şübhəli avtomobil aşkarlandıqdan sonra yaxınlıqdakı 85 evin sakinləri təxliyə edilib.
Avtomobillərdə olan, 20 yaşlarında beş Britaniya vətəndaşı saxlanılıb. Bölgəyə Britaniya ordusunun partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri cəlb olunub. Britaniya rəsmiləri bazaya qarşı mümkün terror təhlükəsi və hadisənin İranla əlaqəsi barədə iddiaları araşdırdıqlarını bildiriblər.
İranın Londondakı səfirliyi saxlanılan beş nəfərin İranla əlaqəli olduğu barədə iddiaları təkzib edib. Britaniya tərəfi isə terror aktı şübhəsi ilə saxlanılan şəxslərin daha sonra zaminə buraxıldığını açıqlayıb.
11:28 01.10.2026
Oxunuş sayı: 44