Filin çanta marağı turist üçün baha başa gəldi - FİL ONU...
Şri-Lankada rusiyalı turist filin çantasını almağa çalışması zamanı xəsarət alıb və tibbi yardıma ehtiyac duyub.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə “Rosqosstrax” sığorta şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə qadın tuk-tukla hərəkət edərkən baş verib. Fil yola çıxaraq turistin içərisində meyvə, sənədlər və pul olan çantasına uzanıb.
Turist çantanı əlində saxlamağa çalışıb. Bu zaman fil qadını tutaraq yerə atıb.
Hadisə nəticəsində qadının qolundan, gözündən və belindən xəsarət aldığı bildirilir. O, tibbi yardım üçün müraciət edib.
“Rosqosstrax” şirkətindən turistin hazırda hansı vəziyyətdə olduğu açıqlanmayıb.
11:09 01.10.2026
Oxunuş sayı: 44