Pensiyaların artım mexanizmi dəyişə bilər
Böyük Britaniyanın Baş naziri Endi Börnhem 2030-cu ildən dövlət pensiyalarının artımını müəyyən edən mövcud “üçlü təminat” mexanizmini dəyişməyi və bu yolla yeni milli sosial qayğı xidmətinin maliyyələşdirilməsinə vəsait ayırmağı təklif edib.
Crossmedia.az xəbər verir ki, BBC-nin məlumatına görə, Börnhem bu barədə Leyboristlər Partiyasının qurultayında baş nazir kimi ilk çıxışında danışıb.
Təklifə əsasən, dövlət pensiyaları hər il ən azı inflyasiya səviyyəsində və ya 2,5 faiz artırılacaq. Lakin pensiya artımının orta əməkhaqqındakı dəyişikliklə avtomatik əlaqəsi aradan qaldırılacaq. Börnhem bu dəyişikliyin “əhəmiyyətli qənaət” yaradacağını bildirib.
Baş nazir İngiltərədə sosial qayğı xidmətinin istifadəsi zamanı ödəniş tələb edilməyən milli sistem yaratmaq planından da danışıb. Onun sözlərinə görə, islahat borclanma hesabına deyil, tam maliyyələşdirilmiş şəkildə həyata keçirilməlidir. Təklifin 2029-cu il ümumi seçkiləri ərəfəsində seçicilərə təqdim olunması nəzərdə tutulur.
Börnhem çıxışında dövlətin mənzil, su və enerji xidmətləri üzərində ictimai nəzarət imkanlarının artırılmasını, eləcə də seçki sistemində mümkün islahatları gündəmə gətirib. O, ölkədəki bölünmələrə son qoymaq və Britaniyanı yeni istiqamətə yönəltmək istədiyini bildirib.
11:08 01.10.2026
Oxunuş sayı: 47