Azərbaycan millisi Şotlandiyaya uduzdu
Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 9-cu tur oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, Rəşad Eyubovun komandası səfərdə Şotlandiya ilə qarşılaşıb. Kilmarnok şəhərində keçirilən görüş Şotlandiya millisinin 5:2 hesablı qələbəsi ilə bitib.
Bu qrupda həmçinin Çexiya Bolqarıstana (1:0), Portuqaliya isə Cəbəllütariqə (4:0) qalib gəlib.
Azərbaycan millisi seçmə mərhələdə 9 oyundan sonra 7 xalla 5-ci yerdə qərarlaşır.
30 sentyabr
22:30. Şotlandiya - Azərbaycan - 5:2
Qollar: Stivart, 24, 26, Vilson, 29, Fletçer, 60, Uels, 81 - Nəriman Axundzadə, 21, Raul Məmmədov, 70
Baş hakim: Matyas Ştofrinşau (Norveç) (QOL.az )
09:27 01.10.2026
Oxunuş sayı: 47