UEFA Millətlər Liqası: Azərbaycan millisi bu gün Bakıda Lixtenşteynlə qarşılaşacaq
Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.
Crossmedia.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gələcək.
D Liqasının 2-ci qrupunun qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Matçın baş hakim avstriyalı Kristian-Petru Çokirka olacaq.
Xatırladaq ki, Azərbaycan millisi qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.
09:11 01.10.2026
Oxunuş sayı: 56