Aİ büdcəsində 100 milyard avrodan çox kəsir planı
İrlandiyanın Avropa İttifaqının növbəti uzunmüddətli büdcəsində 100 milyard avrodan çox ixtisar təklif edəcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, mümkün ixtisarlar kənd təsərrüfatı subsidiyalarına və bəzi regional ödənişlərə təsir göstərə bilər. Aİ ölkələri arasında büdcənin azaldılması ilə bağlı fikir ayrılığı yaranıb.
İtaliya, İspaniya və Polşanın da daxil olduğu 17 ölkə bu qənaət planına qarşı çıxır və daha böyük büdcənin tərəfdarıdır.
16:24 30.09.2026
Oxunuş sayı: 38