Vaşinqton-Tehran xəttində böhran: danışıqlar nəticəsiz bitdi
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında diplomatik razılaşma əldə etmək cəhdləri nəticəsiz qalıb.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə danışıqlardan məlumatlı üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər əsas məsələlər üzrə mövqelərini dəyişməyə və güzəştə getməyə hazır deyil. Bu səbəbdən danışıqlarda irəliləyiş əldə olunmayıb.
Mənbələrdən biri bildirib ki, danışıqlar dalana dirənib. Onun sözlərinə görə, İran tərəfi ABŞ-ın qəbul edə bilməyəcəyi tələblər irəli sürür, Vaşinqton isə danışıqlarda üstün mövqedə olduğunu düşündüyü üçün kompromisə ehtiyac görmür.
16:16 30.09.2026
Oxunuş sayı: 39