"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi birbaşa hadisə yerindən işıqlandırıb.
Bu barədə Crossmedia.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bundan əlavə, Bakıdakı yarış 56 xarici televiziya kanalında yayımlanıb.
Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassell olub.
13:26 30.09.2026
Oxunuş sayı: 42