FTB-yə kiberhücum etdi - Şübhəli lider Hollandiyada saxlanıldı
ABŞ Federal TəABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) saytına edilən kiberhücumla bağlı Hollandiyada ShinyHunters haker qrupunun üzvü olduğu və qrupun liderlərindən biri kimi qiymətləndirilən şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “CBS News” bu barədə məlumat yayıb.
Məlumata görə, saxlanılma əməliyyatı FTB ilə Hollandiya Milli Polisinin əməkdaşlığı çərçivəsində həyata keçirilib. Şübhəlinin FTB əməkdaşlarına aid məlumatları oğurlamaq məqsədilə ABŞ agentliyinin saytına hücumda iştirak etdiyi iddia olunur.
FTB direktoru Kəş Patel saxlanılan şəxsin ShinyHunters qrupunun ehtimal olunan liderlərindən biri olduğunu bildirib. Lakin onun adını açıqlamayıb.
Patelin sözlərinə görə, ABŞ müstəntiqləri əldə etdikləri məlumatlardan araşdırmanı davam etdirmək və digər şübhəliləri müəyyənləşdirmək üçün istifadə edirlər.
FTB bildirib ki, “FBIJobs.gov” saytına qarşı kiberhücumla bağlı araşdırma davam edir. Agentlik hadisədən təsirlənmiş ola biləcək şəxslərlə əlaqə saxladığını və əməkdaşlarını insident barədə məlumatlandırdığını açıqlayıb.
ShinyHunters isə FTB-nin məlumat bazasına müdaxilə etdiyini və minlərlə əməkdaşın məlumatlarını oğurladığını iddia edir. Bu iddiaların bütün detalları hələ müstəqil şəkildə təsdiqlənməyib.
12:46 30.09.2026
Oxunuş sayı: 41