Klub prezidenti güllələnərək öldürüldü
Bolqarıstanın “Botev Plovdiv” futbol klubunun prezidenti, biznesmen İliyan Filipov öldürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bolqarıstanın “NOVA” telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 30-na keçən gecə Plovdivdə baş verib. Hadisə yerinə gələn polis əməkdaşları onun öldüyünü müəyyən ediblər.
İlkin məlumata əsasən, Filipov odlu silahdan açılan atəş nəticəsində öldürülüb.
Faktla bağlı araşdırma aparılır.
12:20 30.09.2026
Oxunuş sayı: 36