Vadeful: Ukraynada danışıqlar başlaya bilər
Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqların yaxın vaxtlarda başlaya biləcəyi ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri İohan Vadeful bu barədə açıqlama verib.
Vadeful bildirib ki, ABŞ-nin danışıqların aparılmasında inhisarçı mövqedə qalmasına imkan vermək olmaz. Onun sözlərinə görə, müharibə Avropa ərazisində getdiyi üçün Avropa ölkələri də danışıqlarda iştirak etməlidir.
Almaniya xarici işlər naziri həmçinin qeyd edib ki, hazırda və ehtimal ki, yaxın gələcəkdə Avropanın təhlükəsizliyi Rusiya ilə birlikdə deyil, Rusiyaya qarşı qurulmalıdır.
Vadeful eyni zamanda gələcəkdə Avropanın Rusiya ilə yaxşı münasibətlər qurmasının mümkün olduğunu bildirib.
12:17 30.09.2026
Oxunuş sayı: 46