ABŞ üçün neft həyəcanı: ehtiyatlar 1982-ci ildən bəri minimumda
ABŞ-nin Strateji Neft Ehtiyatındakı xam neft həcmi 1982-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Crossmedia.az xəbər verir ki, “Reuters” ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, ölkənin strateji neft ehtiyatları 283,8 milyon barelə qədər azalıb. Bu, son 44 ilin ən aşağı göstəricisidir.
Bundan əvvəl strateji ehtiyatların daha aşağı səviyyəsi 22 oktyabr 1982-ci ildə qeydə alınmışdı. Həmin vaxt ehtiyatların həcmi 283,393 milyon barel təşkil etmişdi.
“Reuters” qeyd edir ki, ehtiyatların azalması strateji rezervdən neft buraxılması fonunda baş verib.
13:24 29.09.2026
Oxunuş sayı: 47