"Mançester Yunayted" "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsı transfer etmək istəyir
İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsı transfer etmək imkanlarını nəzərdən keçirir.
Crossmedia.az-a "The Telegraph"a istinadən xəbər verir ki, Mançester komandası 24 yaşlı ispaniyalı oyunçunun transferini 2027-ci ilin yayında prioritet hədəflər siyahısına daxil edib.
Premyer Liqa klubu Uilyamsın müqaviləsində yer alan 95 milyon avroluq sərbəst qalma maddəsini aktivləşdirməyə hazırdır.
Məlumata görə, Bilbao klubu cari mövsümdə avrokuboklarda iştirak etmir, gənc futbolçu isə zədələr və qeyri-sabit çıxışı səbəbindən tənqid olunur. İspaniya təmsilçisi qitə turnirlərinə vəsiqə qazanılmadığı təqdirdə oyunçuya illik təxminən 10 milyon avro ödənişi davam etdirmək niyyətində deyil.
Qeyd edək ki, Uilyams 2026/2027 mövsümündə La Liqada keçirdiyi 6 matçda 1 qol vurub.
14:18 28.09.2026
Oxunuş sayı: 30