Krasnodarda dron hücumundan sonra böyük yanğın baş verib
Rusiyanın Krasnodar diyarında Ukraynaya məxsus olduğu iddia edilən dronların hücumundan sonra böyük yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yayılan məlumatlara görə, hücum nəticəsində neft məhsullarının topdan satışı ilə məşğul olan “Edelveys-95” bazasında yanğın başlayıb.
Hadisə ilə bağlı yayılan görüntülərdə ərazidən qalın tüstünün yüksəldiyi və genişmiqyaslı yanğının baş verdiyi görünür.
Hazırda yanğının dəqiq səbəbləri, xəsarət alanların olub-olmaması və obyektə dəyən ziyanın həcmi barədə rəsmi məlumat təqdim edilməyib.
Qeyd edək ki, “Edelveys-95” adlı şirkətin Krasnodar diyarında qeydiyyatda olduğu rəsmi sənədlərdə də göstərilir.
09:28 28.09.2026
Oxunuş sayı: 41