Suriyada İŞİD hücrəsi çökdürüldü: 4 lider saxlanıldı
Suriyada təhlükəsizlik qüvvələri Rakka, Hələb, İdlib və Homs vilayətlərində fəaliyyət göstərən İŞİD (DAEŞ) hücrəsini zərərsizləşdirib.
Crossmedia.az xəbər verir ki, əməliyyat zamanı hücrənin 4 lideri və digər üzvləri saxlanılıb. Təhlükəsizlik qüvvələri terror aktlarında istifadə üçün hazırlanmış partlayıcı maddələr də ələ keçirib.
Məlumata görə, hücrənin beş adam oğurluğu, sui-qəsd və partlayıcı qurğuların yerləşdirilməsi hadisəsində iştirak etdiyi bildirilir.
09:18 28.09.2026
Oxunuş sayı: 48