İran raketi ABŞ gəmisinə zərbə endirdi: 8 dəniz piyadası yaralandı
Sentyabrın 14-də İranın gəmi əleyhinə qanadlı raketinin Hörmüz boğazında bir gəmiyə zərbə endirməsi nəticəsində 8 ABŞ dəniz piyadası yaralanıb.
Crossmedia.az xəbər verir ki, ABŞ mediasının yaydığı məlumata görə, hücum zamanı hərbçilər tüstüdən zəhərlənib və onlarda mümkün travmatik beyin xəsarətləri qeydə alınıb.
Məlumata əsasən, yaralanan dəniz piyadaları hücumdan qısa müddət sonra yenidən xidmətə qayıdıblar.
Hadisənin təfərrüatları və zərbənin hansı gəmiyə endirildiyi barədə əlavə məlumat verilməyib.
09:13 28.09.2026
Oxunuş sayı: 45