Tula səmasında gecə əməliyyatı: 11 dron vuruldu
Ötən gecə Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiyanın Tula vilayətinə hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya regionunun qubernatoru Dmitri Milyayev Telegram kanalında məlumat verib.
O bildirib ki, hava hücumundan müdafiə sistemləri 11 dronu vurub. Qubernatorun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb. Lakin dağıntılar qeydə alınıb — Novomoskovsk şəhər dairəsində yerləşən yaşayış məntəqələrindən birində fərdi evin şüşələri və hasarı zədələnib.
Bundan əvvəl Voronej vilayəti də Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. Qubernator Aleksandr Qusev bildirib ki, Rossоşanski, Liskinski və Ostroqoj rayonlarında, həmçinin Novovoronej, Borisoglebsk və Voronej aqlomerasiyasında hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib.
09:06 28.09.2026
Oxunuş sayı: 39