Kiyevdə dron hücumu: Azərbaycan vətəndaşı həlak olub
Ukraynanın paytaxtı Kiyev ətrafında mərkəzi "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücmuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov ölüb.
O, bazarda ticarətlə məşğul olurmuş.
Hücum zamanı daha bir neçə azərbaycanlı yaralanıb. Onların kimliyi müəyyənləşdirilir.
23:43 27.09.2026
Oxunuş sayı: 44