TikTok 100 milyon dollar paylamağa razı oldu
TikTok uşaqları platformadan həddindən artıq istifadəyə təşviq etdiyi iddiası ilə ABŞ-də açılan məhkəmə işi üzrə razılaşma əldə edib.
Crossmedia.az xəbər verir ki, razılaşmaya əsasən, Alabama ştatında uşaqların TikTok-dan gündəlik istifadə müddəti 2 saatla məhdudlaşdırılacaq.
Bundan əlavə, şirkətin iddiaçı tərəfə 100 milyon dollar ödəyəcəyi bildirilib. Məhkəmə işi platformanın uşaqların istifadəsinə təsiri ilə bağlı iddialar fonunda açılmışdı.
10:59 27.09.2026
Oxunuş sayı: 49