Kosmetika idxalında gözlənilməz artım qeydə alınıb
Rusiya 2026-cı ilin yanvar-avqust aylarında Gürcüstana 3,2 milyon dollar dəyərində kosmetika ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur.
Crossmedia.az xəbər verir ki, RİA Novosti Gürcüstanın dövlət statistika xidmətinin məlumatlarını təhlil edib. Avqust ayında Rusiyadan Gürcüstana kosmetika tədarükü aylıq ifadədə 11 faiz, illik müqayisədə isə 20 faiz artaraq 401 min dollara çatıb.
Gürcüstan ən çox dəriyə qulluq vasitələri, manikür və pedikür məhsulları, dodaq və göz makiyajı üçün kosmetika idxal edib. Rusiya avqustun yekunlarına görə Gürcüstanın kosmetika tədarükçüləri arasında dördüncü yerdə qərarlaşıb.
09:16 27.09.2026
Oxunuş sayı: 42