Antonelli Bakıdakı şənbə yarışında vəziyyəti düzəldəcəyinə ümid edir
"Mercedes"in pilotu, çempionatın lideri Kimmi Antonelli bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində mövqeyini xeyli yaxşılaşdıracağına ümid edir.
Crossmedia.az xəbər verir ki, dünənki təsnifat mərhələsindən sonra Antonelli yalnız 16-cı yerdən start götürəcək.
"Dünən mən səhvə yol verdim, lakin nəticə çıxardım. Bu gün vəziyyəti düzəltmək üçün imkanlar olacaq, çünki maşınımız sürətlidir. Ümid edirəm ki, mövqeyimi xeyli yaxşılaşdıra biləcəyəm", - o bildirib.
14:11 26.09.2026
Oxunuş sayı: 42