24 il sonra həbs: Qətlin sirri açıldı
ABŞ-də 20 yaşlı Sabrina Kahlerin qətlə yetirilməsi ilə bağlı 50 yaşlı şübhəli 24 il sonra saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “People” bu barədə məlumat yayıb
Yaxınlarının Bri adlandırdığı Sabrina Kahler 2002-ci il iyunun 24-də evdə tək olduğu vaxt itkin düşüb. Həmin gün onun yanına sevgilisi Kristofer Linin əmisi oğlu Devid Hek gəlib və gənc qıza birlikdə göldə üzməyi təklif edib. Onlar daha əvvəl də birlikdə gölə getdikləri üçün Kahler onun təklifini qəbul edib.
İstintaqın məlumatına görə, onlar əvvəlcə İqli parkına gediblər. Daha sonra dondurma kafesinə baş çəkiblər və ardınca Hek Sabinanı Fairview çınqıl karxanalarının yaxınlığındakı meşəlik əraziyə aparıb.
İttiham tərəfinin versiyasına əsasən, Hek həmin ərazidə gənc qıza təcavüz edib və daha sonra onu öldürüb.
İllər sonra iş üzrə yeni ifadələr istintaqa mühüm irəliləyiş əldə etməyə imkan verib. Şahidlərdən Duqlas Haym bildirib ki, Hek hadisədən qısa müddət sonra boulinq klubuna gələrək ondan cəsədin daşınması və basdırılmasına kömək istəyib. Digər şahid Terri Kellerman isə həmin günlə bağlı bəzi detalları təsdiqləyib.
İstintaq həmçinin karxana yaxınlığında balıq tutan şəxsin qadın fəryadına bənzər səs eşitdiyini müəyyən edib. Bundan başqa, Heklə eyni kamerada olmuş məhbus onun qətirlə bağlı öyündüyünü bildirib.
İstintaqın versiyasına görə, Sabrina Kahlerin cəsədi karxananın yaxınlığındakı yola aparılaraq orada basdırılıb. Lakin ötən 24 il ərzində ərazidə baş verən daşqınlar və digər dəyişikliklər səbəbindən cəsədin yeri hələ müəyyən edilməyib.
50 yaşlı Devid Hek sentyabrın 21-də gecə saatlarında İndiana ştatındakı evində saxlanılıb və hazırda həbsdədir. Onun barəsində irəli sürülən ittihamlarla bağlı məhkəmə prosesi davam edir.
18:09 24.09.2026
Oxunuş sayı: 38