Emine Erdoğan: Nyu-Yorkda sıx gündəliyi geridə qoyduq
BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxsiyyətlər Məsləhət Şurasının sədri Emine Erdoğan Nyu-Yorkda keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər barədə paylaşım edib.
Crossmedia.az xəbər verir ki, Emine Erdoğan sosial media hesabında Nyu-York səfərinin ikinci günündə müxtəlif məsələlərin müzakirə olunduğunu bildirib.
O, paylaşımında insanlığın bu gününü əhatə edən məsələlərdən dünyanın gələcəyini formalaşdıracaq mövzulara qədər geniş gündəlik üzrə fəaliyyət göstərdiklərini qeyd edib.
Paylaşımda yayımlanan videoda Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın BMT-nin 81-ci Baş Assambleyasındakı çıxışından görüntülərlə yanaşı, Emine Erdoğanın BMT-nin Baş Qərargahında iştirak etdiyi Beynəlxalq Enerji Agentliyinin Yüksək Səviyyəli Enerji Keçidi Dialoqu Toplantısından kadrlar da yer alıb.
Görüşdə enerji keçidi, dayanıqlı inkişaf və gələcəkdə qlobal səviyyədə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslərlə bağlı məsələlər gündəmə gətirilib.
17:21 23.09.2026
Oxunuş sayı: 43