Rafinya - Yamal cütlüyü "Barselona"da XXI əsrdə ən yüksək göstəriciyə imza atıblar
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Barselona" klubunun futbolçuları Rafinya və Lamin Yamal cütlüyü məhsuldarlıq baxımından komandanın XXI əsrdə La Liqadakı ilk 7 turunda ən yüksək göstəricisinə imza atıblar.
Crossmedia.az Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı və ispaniyalı hücumçular çempionatda geridə qalan 7 matçda ümumilikdə 26 qolda iştirak ediblər.
Rafinya hesabına 12 qol və 3 məhsuldar ötürmə yazdırıb. Lamin Yamal isə 7 dəfə fərqlənib və 4 məhsuldar ötürmə müəllifi olub. La Liqada bu göstəriciyə görə onlara ən yaxın cütlük "Real"ın futbolçuları Kilian Mbappe və Cud Bellinqemdir (10 qol, 4 məhsuldar ötürmə).
Kataloniya klubunun ön xətt oyunçuları hər matçda ortalama 3,71 qolda iştirak etməklə təkcə İspaniyada deyil, qitənin 5 böyük liqasında da birincidirlər. Onlar hər matçda orta hesabla 2 qolda iştirak edən "Real"dan K.Mbappe - C. Bellinqem, "Çelsi"dən (İngiltərə) Joao Pedro - Morqan Rocers, "Mançester Siti"dən (İngiltərə) Erlinq Holann - Rayan Şerki və "Roma"dan (italiya) Doni Malen - Paulo Dibala tandemini böyük fərqlə üstələyiblər.
Qeyd edək ki, daha əvvəl İspaniya təmsilçisində Lionel Messi və Sesk Fabreqas (2011/2012 mövsümü) 23, Messi və Neymar (2014/2015 mövsümü) 21, Messi və Zlatan İbrahimoviç (2009/2010 mövsümü) 20, Messi və Pedro (2013/2014 mövsümü) tandemləri 18 qolda pay sahibi olmuşdular.
13:23 22.09.2026
Oxunuş sayı: 36