Cəlilabadda iki kənd məktəbinin yeni binaları istifadəyə verilib
Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndlərində yeni inşa olunan tam orta ümumtəhsil məktəblərinin binaları Bilik Günü münasibətilə istifadəyə verilib.
Crossmedia.az xəbər verir ki, sözügedən məktəb binalarının açılış mərasimlərində Elm və Təhsil Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, həm Musalı, həm də Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbləri 180 şagird yerlik və iki mərtəbəlidir. Məktəblərdə sinif otağıları ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq və əmək kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.
Həmçinin qapalı idman zalı ilə yanaşı, məktəblərin həyətyanı ərazilərində müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi də salınıb.
17:06 15.09.2026
Oxunuş sayı: 50