“Sinsay”dan “Bolt”a qədər: SMS-lərdə DİL QAYDALARI POZULUR
Xəbər veridiyimiz kimi bəzi şirkətlərin müştərilərinə göndərdiyi SMS bildirişlərində, reklam mətnlərində və digər elektron kommunikasiyalarda Azərbaycan dilinin qrammatik və orfoqrafik normalarına lazımi səviyyədə əməl olunmur. Belə ki, şirkətlərin Azərbaycan əlifbasına xas olan ə, ı, ö, ü, ş, ç, ğ hərflərinin müxtəlif simvollarla əvəzlənməsi, sözlərin düzgün yazılış formasının pozulması düzgün deyil.
Crossmedia.az daha bir neçə şirkətin SMS lərdə etdiyi səhvləri araşdırırb.

“İnvest-Az”ın müştərilərlə SMS vasitəsilə kommunikasiyası da araşdırmamız çərçivəsində diqqətə alınıb. Maliyyə xidmətləri göstərən şirkətlərin müştərilərə göndərdiyi mesajlar mühüm məlumatları ehtiva etdiyindən onların aydın, düzgün və Azərbaycan dilinin normalarına uyğun hazırlanması xüsusilə vacibdir. Şirkətə bu məsələ ilə bağlı sorğu göndərmişik.

“VTB Bank”ın Azərbaycandakı müştərilərinə göndərdiyi mesajlar da araşdırmamızın predmetidir. Bankın Azərbaycan dilində hazırladığı SMS-lər geniş auditoriyaya çatdırılır və bu səbəbdən həmin mətnlərdə dövlət dilinin əlifba və yazı qaydalarına əməl olunması mühüm əhəmiyyət daşıyır. Müştəri kommunikasiyasında dil normalarına laqeyd münasibət yolverilməz yanaşma kimi qiymətləndirilə bilər. Məsələ ilə bağlı “VTB Bank”a sorğu ünvanlamışıq.

“Apar”ın müştərilərə göndərdiyi mesajlar da araşdırmamız çərçivəsində nəzərdən keçirilir. Şirkətlərin istifadəçilərlə gündəlik kommunikasiyasında SMS-lər əsas informasiya vasitələrindən biri olaraq qalır. Buna görə də bu mesajların Azərbaycan dilinin qrammatik və orfoqrafik qaydalarına uyğun hazırlanması, xüsusilə geniş auditoriyaya çatdırıldığı nəzərə alınaraq, diqqətdə saxlanılmalıdır. “Apar”a da məsələ ilə bağlı sorğu göndərmişik.

“Sinsay” tərəfindən göndərilən müştəri mesajları ilə bağlı da eyni problem diqqət çəkir. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli şirkətlər üçün Azərbaycan dilinin düzgün istifadəsi yalnız tərcümə məsələsi deyil, yerli auditoriyaya hörmət məsələsidir. “Sinsay”a da bu mövzuda sorğu göndərmişik.

“Bolt” kimi Azərbaycanda geniş istifadə olunan beynəlxalq platformanın yerli istifadəçilərlə Azərbaycan dilində kommunikasiyası da ayrıca məsuliyyət tələb edir. Yerli bazarda fəaliyyət göstərən şirkət Azərbaycan dilində mesaj göndərirsə, həmin mesajda Azərbaycan dilinin əlifba və yazı normalarına riayət etməlidir. Bu məsələ ilə bağlı “Bolt”a da sorğu ünvanlamışıq.

“AFB Bank”ın müştəri kommunikasiyası da araşdırmamızın predmetidir. Bankın Azərbaycan dilində hazırladığı mesajların dövlət dilinin qaydalarına uyğun olması müştərilərə hörmətin göstəricilərindən biridir. Dilimizin xüsusi hərflərinin başqa simvollarla əvəzlənməsi adi hal kimi qəbul edilməməlidir. Məsələ ilə bağlı banka sorğu ünvanlamışıq.

“Sapphire Residence” kimi daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətlərin müştərilərə göndərdiyi reklam və məlumatlandırıcı mesajlarda da Azərbaycan dilinə münasibət vacibdir. Müştəriyə təqdim olunan hər bir reklam mətni şirkətin ictimai imicinin bir hissəsidir. Azərbaycan dilinin əlifba qaydalarının pozulması isə bu imicə mənfi təsir göstərə bilər. Şirkətə məsələ ilə bağlı sorğu göndərmişik.

“Expargo” tərəfindən müştərilərə göndərilən mesajlar da araşdırmamız çərçivəsində nəzərdən keçirilir. Kuryer və logistika xidmətlərində SMS-lər müştərinin sifarişi, çatdırılma prosesi və digər mühüm məlumatlarla bağlı əsas kommunikasiya vasitələrindən biridir. Buna görə də həmin mesajların aydın və düzgün Azərbaycan dilində hazırlanması xüsusilə vacibdir. “Expargo”ya da sorğu göndərmişik.

“Sürət Kargo”nun da müştərilərlə SMS kommunikasiyasında Azərbaycan dilinin düzgün tətbiqi məsələsi diqqətdədir. Çatdırılma xidmətlərindən istifadə edən vətəndaşın aldığı bildirişdə sözlərin Azərbaycan əlifbasının tələblərinə uyğun yazılması minimum kommunikasiya standartıdır. Bu məsələ ilə bağlı şirkətə sorğu ünvanlamışıq.

“PASHA Bank” tərəfindən müştərilərə göndərilən SMS-lər də araşdırmamız çərçivəsində nəzərdən keçirilir. Bank sektorunda müştəriyə təqdim olunan məlumatların həm məzmun, həm də dil baxımından dəqiq və anlaşıqlı olması xüsusi əhəmiyyət daşıyır. Məsələ ilə bağlı banka sorğu ünvanlamışıq.
Xüsusilə böyük auditoriyaya xidmət göstərən şirkətlər dövlət dilindən istifadə məsələsində daha məsuliyyətli davranmalı və cəmiyyət üçün nümunə yaratmalıdırlar. Müştəriyə göndərilən bir neçə cümləlik SMS belə şirkətin Azərbaycan dilinə münasibətinin göstəricisinə çevrilə bilər.
Bu səbəbdən şirkətlərin kütləvi kommunikasiya mətnlərində Azərbaycan dilinin qrammatik, leksik və orfoqrafik normalarına daha ciddi yanaşması, yol verilən səhvlərin isə sistemli şəkildə aradan qaldırılması vacibdir. Dövlət dilinin qorunması yalnız qanunvericiliyin tələbi deyil, eyni zamanda cəmiyyət və biznes subyektləri qarşısında dayanan mühüm məsuliyyətdir.
Məhəbbət Tərlanoğlu
17:45 10.09.2026
Oxunuş sayı: 82