Bakıda doğulan körpədən anası imtina etdi - SARSIDICI FAKT
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları olmayan körpə dünyaya gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Unikal məlumat yayıb.
Məlumata görə, doğuşdan sonra körpənin anası rəsmi şəkildə ondan imtina edib.
Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi təsdiqləyib. Agentlikdən bildirilib ki, körpədən imtina edilməsi barədə məlumat daxil olduqdan dərhal sonra əməkdaşlar prosesə qoşulublar.
Qeyd olunub ki, müvafiq qurumlar uşağın vəziyyətinin qiymətləndirilməsi və onun sosial müdafiəsinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirirlər.
17:38 09.09.2026
Oxunuş sayı: 46