Zelenski Norveçlə bağlı açıqlama verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Norveçin ölkəsinə qış mövsümünə hazırlıqla bağlı dəstək göstərdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenski bu barədə Norveçin Baş naziri Yonas Qar Störe ilə görüşündən sonra “Telegram” kanalında paylaşım edib.
Zelenski görüş zamanı Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, raket əleyhinə müdafiə vasitələrinə ehtiyac, “FREYJA” ballistik raketlərdən müdafiə proqramı və qışa hazırlıq məsələlərinin müzakirə edildiyini qeyd edib.
Ukrayna lideri Norveçin göstərdiyi dəstəyi yüksək qiymətləndirib və Baş nazir Yonas Qar Störeyə görüşə görə təşəkkür edib.
10:07 09.09.2026
Oxunuş sayı: 53